futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” Çempionlar Liqasının III turunda sabah “Borussiya” (Dortmund) ilə qarşılaşacaq.
Futbolpress.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi tarixində beşinci dəfə Azərbaycan klubu ilə üz-üzə gələcək.
“Borussiya” ilə ilk duel “Qarabağ”ın adıyla bağlıdır. “Atlılar” 2010-cu ildə Avropa Liqasının pley-off mərhələsində dortmundularla qarşılaşıb. Hər iki matç almanların qələbəsiylə başa çatıb – 4:0, 1:0.
Növbəti görüşlər “Qəbələ”yə qarşı olub. Bölgə təmsilçisi 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Borussiya”ya rəqib olub. Dortmund komandası Qəbələdə 3:1, evində isə 4:0 hesablı qələbəyə sevinib.
Ümumiyyətlə, Azərbaycan və Almaniya təmsilçiləri beynəlxalq arenada buna qədər 13 dəfə qarşılaşıb. Komandalarımız bu görüşlərdən 1-də qələbə qazanıb, 2-də heç-heçə edib. 10 matç isə almanların qələbəsiylə yekunlaşıb.
“Qarabağ” ötən mövsüm Çempionlar Liqasında Frankfurt “Ayntraxt”ına 3:2 hesabıyla qalib gəlib. Bu, Azərbaycan komandaların almanlara və TOP-5 ölkə təmsilçilərinə qarşı ilk qələbəsi kimi tarixə düşmüşdü.
Almaniya və Azərbaycan komandalarının avrokubok duelləri:
19.08.2010 Dortmund UEFA AL pley-off Borussiya Dortmund – Qarabağ 4:0
26.08.2010 Bakı UEFA AL pley-off Qarabağ – Borussiya Dortmund 0:1
22.08.2013 Bakı UEFA AL pley-off Qarabağ – Ayntraxt 0:2
29.08.2013 Frankfurt UEFA AL pley-off Ayntraxt – Qarabağ 2:1
22.10.2015 Bakı, Azərbaycan UEFA AL Qəbələ – Borussiya Dortmund 1:3
05.11.2015 Dortmund, Almaniya UEFA AL Borussiya Dortmund – Qəbələ 4:0
08.09.2022 Frayburq, Almaniya UEFA AL Frayburq – Qarabağ 2:1
03.11.2022 Frayburq, Almaniya UEFA AL Qarabağ – Frayburq 1:1
26.10.2023 Leverkuzen UEFA AL Bayer Leverkuzen – Qarabağ 5:1
09.11.2023 Bakı UEFA AL Qarabağ – Bayer Leverkuzen 0:1
07.03.2024 Bakı UEFA AL Qarabağ – Bayer Leverkuzen 2:2
14.03.2024 Leverkuzen UEFA AL Bayer Leverkuzen – Qarabağ 3:2
21.01.2026 Bakı, Azərbaycan, UEFA ÇL Qarabağ – Ayntraxt Frankfurt 3:2.
Sabah keçiriləcək “Sabah” – “Borussiya” oyununa saat 20:45-də start veriləcək.