Almaq baxmaq qədər asan deyil İran bazarlarında vəziyyət

08.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

1979-cu ildən bəri ən pis iqtisadi böhran və davam edən ümummilli etirazlar fonunda İran hökuməti milyonlarla vətəndaşı əhatə edən aylıq ərzaq çeki sistemini tətbiq etməyə hazırlaşır. Paytaxt Tehranda marketlərdə alış-veriş edən iranlılar proqramın başlamasına bir neçə gün qalmış zəruri malların qiymətində əhəmiyyətli artımlarla üzləşiblər.

“Qafqazinfo” “TRT Haber”in İran bazar və marketlərindən lentə aldığı fotoları təqdim edir:

Xatırladaq ki, dekabrın sonundan etibarən iqtisadi çətinliklərə etiraz olaraq başlayan aksiyalar artıq ölkənin 25 əyalətində 60-dan çox şəhəri bürüyüb. Ən şiddətli qarşıdurmalar Lordeqanla yanaşı, Məlikşahi və Kirmanşah şəhərlərində qeydə alınıb.













Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью