Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Müasir dünyada demək olar ki, hər ailənin bir avtomobili var.
Tələbin bu qədər yüksək olması bazarda böyük müxtəliflik yaradıb.
Lakin eyni qiymət aralığında olan avtomobillər keyfiyyətcə bir-birindən çox fərqlənir.
Təcrübəli avtomobil sahibləri artıq çoxdan müəyyən modelləri "heç vaxt almaram” siyahısına salıblar – səbəb isə onların tez-tez xarab olması və korroziyaya meyilliliyidir.
Qaynarinfo xəbər verir ki, 2025-ci ildə istehsal olunan avtomobillər arasında almaqdan çəkinməyə dəyən modellər barədə "Consumer Reports nəşri yazıb.
1. Ford Escape Hybrid (2025) Model aşağı yanacaq sərfiyyatı ilə populyarlıq qazanıb, lakin bu üstünlük nöqsanları ört-basdır etmir.
Salon dəridən deyil, parça və vinildən hazırlanıb, plastik hissələr çoxdur – bu da ucuz təsir bağışlayır. İstifadə izləri tez görünür.
İlin əvvəlində 20 000-dən çox avtomobil batareya qüsurlarına görə geri çağırılıb.