Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kulis.az ədəbiyyatşünas Azər Turanın "Zəfərimizin təməlində dayanan 50 yaşlı "Az i Ya"" adlı yeni yazısını təqdim edir.
Oljas Süleymenovun "Az i Ya" kitabının 50 illiyi münasibəti ilə YUNESKO-ya bağlı Beynəlxalq Mədəniyyətlərin yaxınlaşması Mərkəzinin Almatada keçirilən VII Beynəlxalq Konfransına - "Türkoslavistikanın doğuluşu" konfransına dəvət alarkən qürur və fərəh hissi keçirdim.
Almatadakı çıxışıma da elə bu sözlərlə başladım. Nə yaxşı ki, bu kitabın yubileyi İkinci Qarabağ savaşındakı zəfərimizdən sonraya təsadüf et
Axı Oljasın bu kitabı uzun illər təkcə sovet ideoloqlarının deyil, erməni millətçilərinin də hədəfində olub.
Balayanın yazdığı "Ocaq" kitabı da Oljasın kitabının yaratdığı bu qəzəb dalğasında hasilə gəlib.
Almatıdakı konfransda Azərbaycan dilində etdiyim qısa çıxışımda xüsusi vurğuladım ki, biz Qarabağ savaşından qalib çıxmış bir kitabın yubileyini qeyd edirik.
Oljasın "Az i Ya"sını aziyasentrizmdə, Asiyamərkəzçilikdə, panislamçılıqda, türkçülükdə ittiham edən Zori Balayanın bədnam "Ocaq" kitabının fitnəsi ilə son otuz ildə Qarabağda qırğınlar törədildi.