Almatı Bişkek şosesində yol qəzasında 8 nəfər ölüb

30.09.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almatı-Bişkek şosesində ölümlə nəticələnən yol qəzası baş verib.

APA “Kazinform”a istinadən xəbər verir ki, Almatı-Bişkek şosesinin 107-ci kilometrliyində “Lexus” və “Toyota Alphard” markalı avtomobillər toqquşub.

Polisin məlumatına görə, “Lexus”un sürücüsü qarşıdakı zolağa çıxıb. Qəza nəticəsində 8 nəfər hadisə yerində ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib.

İstintaq başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью