Almatı Daşkənd Almatı qatarında qadın vaqonu olacaq

08.09.2026

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almatı-Daşkənd-Almatı qatarında "qadın vaqonu" olacaq

Qazaxıstanın milli dəmir yolu şirkəti olan Qazaxıstan Dəmir Yolu, 1 oktyabrdan etibarən Almatı-Daşkənd-Almatı qatarında "qadın vaqonu"nun istifadəyə veriləcəyini elan etdi. Oxuməni.az xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yolunun məlumatında deyilir.

Bu vaqona biletlər yalnız qadınlara satılacaq və onlara qadın konduktorlar xidmət göstərəcək. 7 yaş və daha kiçik oğlanlar qadınlarla səyahət edə bilərlər.

Sərnişin Daşınması şirkətinin rəhbəri Anuar Axmetjanov bildirib ki, "Qadın Vaqonu" xidmətinə daxili marşrutlarda yüksək tələbat var — artıq 946.000-dən çox sərnişin bundan istifadə edib. Yeni vaqonun istifadəyə verilməsi ilə belə marşrutların sayı 14-ə çatacaq.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью