Almatı hava limanında bir neçə reys təxirə salınıb AZƏRTAC

08.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 yanvar, AZƏRTAC

Almatı Beynəlxalq Hava Limanında yağan qar səbəbindən bir neçə reys təxirə salınıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, yanvarın 8-də hava şəraitinin əlverişsiz olması, o cümlədən qarın yağması və dumanla əlaqədar bir sıra reyslərdə gecikmələr yaranıb.

Yerli hidrometeorologiya idarəsi ölkənin 14 rayonu, eləcə də Astana və Almatı şəhərlərində sərt hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью