Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almatıda yeni müasir incəsənət muzeyi açılıb.
Kulis.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində müasir və çağdaş sənətə həsr olunmuş Almatı İncəsənət Muzeyi fəaliyyətə başlayıb.
İş adamı Nurlan Smaqulov tərəfindən qurulan muzeydə yerli və beynəlxalq sənətçilərə məxsus 700-dən artıq əsər sərgilənir.
Tyan-Şan dağlarının fonunda yerləşən futuristik bina memarlıq baxımından da diqqət çəkir.
Açılışda Almagül Menlibayevanın retrospektivi və “Qonaqlar” adlı regional sərgi təqdim olunub.
Qeyd edək ki, muzey, Orta Asiyada incəsənət üçün yeni bir mərkəz olmağı hədəfləyir.
"Baş" tamaşasının premyerası olub Ukraynadakı müharibəni tənqid edən musiqi qrupu həbs edilib Yenə qan, yenə şəhidlik, yenə təziyə - İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi?