Almatı Prosesinə sədrlik Azərbaycandan Qazaxıstana keçib

24.04.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almatı Prosesinə sədrlik Azərbaycandan Qazaxıstana keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar aprelin 24-də Bakıda keçirilən Almatı Prosesinin 3-cü Nazirlər Konfransında açıqlanıb.

Xatırladaq ki, 2013-cü ildən praktiki fəaliyyətə başlayan Almatı prosesinə sədrlik iki ildən bir iştirakçı dövlətlər arasında rotasiya əsasında həyata keçirilir.

2023-2024-cü illərdə sədrlik Azərbaycanda idi. Bununla yanaşı, əvvəlki illərdə Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Türkiyə Almatı Prosesinə sədrlik ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью