Almatı Qazaxıstanın turistlər tərəfindən ən çox ziyarət edilən şəhəridir AZƏRTAC

16.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 yanvar, AZƏRTAC

Almatı Qazaxıstanın turistlər tərəfindən ən çox ziyarət edilən şəhəridir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Kazinform məlumat yayıb. Bildirilib ki, Almatı şəhəri 2024-cü ildə 534 min 340 nəfər turist qəbul edib ki, bu da 2023-cü illə müqayisədə 70 min çox turist deməkdir.

Bu yaxınlarda CNN telekanalı Almatını 2025-ci ildə ziyarət olunmalı 25 yer sırasına daxil edib.

Astana isə ötən il ərzində 269 min 320 nəfər turist qəbul edərək ikinci yerdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью