Almatıda diplomatlarımızla görüş keçirildi

25.02.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinin “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, fevralın 24-də Almatıda Qazaxıstan XİN-in Almatı şəhərindəki nümayəndəliyinin rəhbərinin müavini Rəşid Yerişevlə Azərbaycan Respublikası səfirliyinin Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri Vüsal Əliyev arasında görüş keçirilib.

“Yerişev azərbaycanlı diplomatı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər qarşıdakı tədbirlər barədə məlumat mübadiləsi aparıb və əməkdaşlıq perspektivlərini müzakirə edərək, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tərəfdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsində qarşılıqlı marağı təsdiq ediblər”, – məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью