Almatıda faciə: Marafon zamanı iki nəfər öldü

20.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Qazaxıstanın Almatı şəhərində keçirilən “Almaty Half Marathon”unda iki nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, qaçış zamanı 84 yaşlı Akkoyan Rsaliyev və 21 yaşlı Nurbol Ahmadinin halı pisləşib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, hər iki şəxs ölüb.

Onların hər ikisinin peşəkar idmançı olduqları bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью