Almatıda fərdi evdə yanğın baş verib, ölənlər var

26.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanın Almatı şəhərində baş verən yanğın nəticəsində biri azyaşlı olmaqla beş nəfər həlak olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli "Zakon.kz" nəşri şəhərin Fövqəladə Hallar Departamentinə istinadən məlumat yayıb.

Yanğın noyabrın 26-na keçən gecə şəhərin Bostandık rayonunda baş verib.

"Hadisə yerində biri azyaşlı olmaqla beş nəfərin meyiti aşkarlanıb", – qurumdan bildirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью