Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Almatıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının geniş tərkibdə iclası keçirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
Görüşün yekunları üzrə bir sıra birgə sənədlərin imzalanması gözlənilir.
Bundan əvvəl Almatıda MDB Xarici İşlər Nazirlərinin dar formatda görüşü keçirilib. Bundan əvvəl diplomatik nümayəndəliklərin rəhbərlərini Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu əl sıxaraq qarşılayıb. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.
MDB Xarici İşlər Nazirlərinin iclasından sonra Rusiya-Mərkəzi Asiya formatında diplomatik missiya rəhbərlərinin ayrıca görüşü baş tutacaq.
Qadir, Bizimyol.info