Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əməkdar artist Almaz Ələsgərli həmkarlarını qınaq obyektinə çevirib.
Adalet.az bildirir ki, müğənni həmkarlarına qarşı yazılanları haqlı hesab edib:
“Əgər sosial şəbəkədə kimsə bir müğənnini təhqir edirsə, bunu həmin müğənni özü qazanıb. Həddindən açıq geyimlər geyinib efirə çıxan müğənniyə evdə ekran arxasında əyləşən xanım xoş söz yazası deyil ki. Mən deyirəm ki, əziz həmkarlarım elə edin ki, sizə qarşı tamaşaçı müsbət fikirdə olsun. Siz axı mədəniyyəti təbliğ edirsiniz. Geyim də bir mədəniyyətdir axı. Geyindiyi açıq geyimləri səhnə mədəniyyəti sayanları əlbəttə, tamaşaçı təhqir edəcək. Elədikləri bütün işlərə “yaxşı eləyirəm” deyib, özünə haqq vermək yaxşı keyfiyyət deyil. Olmaz! Bütün bunlar müğənnini gözdən salır”.
Əntiqə