Almeyda xəyanətlə üzləşib

22.04.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sevilya”nın baş məşqçisi postundan uzaqlaşdırılan Matias Almeyda klub rəhbərliyi barədə kəskin fikirlər səsləndirib.

"Football-plus.az" xəbər verir ki, onun açıqlamasını “Marca” nəşri yayıb:

"İşdən çıxarıldığımı deməzdən bir gün əvvəl bildirdilər ki, mövsümün sonuna qədər mənə inanırlar. Bu xəyanətdi və məni incidir, çox ikiüzlü davranışdı. Bu insanlar bir daha mənə müraciət edə bilməyəcəklər".


Xatırladaq ki, “Sevilya” La Liqanın turnir cədvəlində təhlükəli zonada - 16-cı pillədə qərarlaşıb və hesabında 34 xal var.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью