“Alnım açıq, başım dik” Sıladan açıqlama

27.07.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli müğənni Sıla Gençoğlu barəsində aparılan narkotik araşdırması ilə bağlı sosial media hesabında açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşıb.

İstintaq çərçivəsində müxtəlif testlərdən keçən müğənni bildirib ki, bu gün açıqlanan tibbi ekspertiza rəyi onun heç bir narkotik və ya psixotrop maddə istifadə etmədiyini təsdiqləyib:

“Bu gün tibbi ekspertiza rəyi açıqlandı. Mən özümə əmin idim. Rəy mənim heç bir narkotik və ya psixotrop maddə ilə əlaqəmin olmadığını açıq şəkildə təsdiqlədi. Alnım açıq, başım dik”.

Qeyd edək ki, ötən günlərdə Türkiyə Bakırköy Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində 25 məşhur saxlanılmışdı. Onlar arasında Sıla Gençoğlu da var idi.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью