525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tanınmış türkiyəli aktyor Oktay Kaynarca İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa çağırılmasına münasibət bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, vicdanının təmiz olduğunu söyləyib:
“Alnım açıq, başım dikdir. İllərdir narkotiklərə qarşı mübarizə aparıram. Bütün qanuni əməliyyatları dəstəkləyirəm”.
Kaynarca həmçinin məhkəmə-tibbi ekspertizasının nəticələri başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcəyini bildirib.
İbrahim Cəfərov