Alnına dolğu vurduran şəxs kor oldu KONKRET

29.12.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbulda alın nahiyəsindəki çöküntülərdən narahat olan 25 yaşlı Enes B. 22 aprel 2022-ci ildə özəl xəstəxanada əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, həkim U.A xəstənin qarnından götürdüyü piyi pasiyentin alın nahiyəsinə yeridib.

Əməliyyatdan sonra narkozdan çıxan Enes B. sol gözünün görmədiyini anlayıb.

Həkimi ilə danışan və görmə probleminə çarə tapa bilməyən Enes B. məhkəməyə müraciət edib.

O məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsi üçün 1 milyon lirə (təxminən 50 min manat) mənəvi təzminat ödənilməsini tələb edib.

Həkim və klinika isə məsələ ilə bağlı heç bir cavabdehlik daşımadığını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью