Alonso Ardadan üzr istədi

30.09.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real Madrid"in baş məşqçisi Xabi Alonsonun “Atletiko Madrid” oyununda Arda Güleri əvəzləmək qərarına görə peşman olduğu ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, "Atletiko Madrid"ə 2:5 hesabı ilə uduzduqları matçda 1 qol və 1 məhsuldar ötürmə edən Arda Güler əvəzləndiyi üçün baş məşqçi Xabi Alonso azarkeşlər tərəfindən tənqid edilib. Ardanı əvəzlədiyi üçün doğru qərar vermədiyini ifadə edən Alonso Arda Gülerlə görüşüb. “Defensa Central”da yer alan xəbərə görə, Xabi Alonso matçdan sonra Arda Gülerdən üzrxahlıq edib.

O, oyunçuya, “Əvəzləməklə bəlkə səhv etmişəm, səni əvəz etməməliydim” - deyə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью