Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
“Bayer”in baş direktoru Fernando Karro baş məşqçi Xabi Alonsonun gələcəyi barədə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, klubun rəsmisi ispaniyalı mütəxəssisin ayrıla biləcəyini vurğulayıb. O, “Xabi üçün təklif gəlsə, danışıqlar masasına oturacağıq və ona mane olmayacağıq” – deyə, bildirib.
Alonso “Real”ın hazırkı baş məşqçisi Karlo Ançelottinin yerinə əsas namizəd hesab olunur.