Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasında “Liverpul”a məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Yaxşı oynadıq, tempimiz var idi və qol imkanları yaratdıq. Düşünürəm ki, hücumda sonluq çatmadı. Bu məğlubiyyəti bir hadisə kimi qəbul etməliyik. Rəqiblə bərabərsəviyyədə oynadıq. Bu oyundan dərs çıxaracağıq”.