Alonso bu tarixdə Real ın başına keçir imzalar atılacaq

12.05.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bayer 04" klubunun baş məşqçisi Xabi Alonsonun "Real Madrid"lə imzalayacağı müqavilənin tarixi bəlli olub.

Milli.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Almaniya çempionu olan 43 yaşlı mütəxəssis iyunun 1-də imza atacaq rəsmi olaraq yeni klubunun baş məşqçisi olacaq.

Alonso iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək klublararası dünya çempionatında "Kral klubu"nun sükanı arxasında olacaq.

Xatırladaq ki mayın 9-da "Bayer 04" rəsmiləri Xabinin mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. 

Tural
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью