Alonso Çelsi nin ən bahalı transferindən DANIŞDI: Çox vacib idi

05.09.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Çelsi”nin baş məşqçisi Xabi Alonso “Aston Villa”dan hücumçu Morqan Rocersin transferi barədə danışıb.

Lent.az xəbər verir ki, Alonso Morqanı vacib transfer hesab etdiyini deyib:

“Heyəti formalaşdırarkən vacib qərarlar qəbul etmək lazım gəlir və Morqan da şübhəsiz ki, onlardan biri idi. Həm indiki dövr, həm də gələcək perspektiv baxımından bu səviyyəli futbolçunu transfer etmək bizim üçün çox vacib idi. O, qarşıdakı 6-7 il ərzində komandanın əsas oyunçularından biri olacaq. Artıq indidən kluba böyük təsir göstərir”.

Futbolçunun “Aston Villa”dan transferi iyulun 21-də rəsmən açıqlanıb. Daha əvvəl Rocersin keçidinin 117 milyon funt-sterlinqə (137 milyon avro) başa gəldiyi bildirilirdi.

“Transfermarkt”ın məlumatına görə, bu, “Çelsi” tarixinin ən bahalı transferidir. Əvvəlki rekord 121 milyon avroya transfer edilən yarımmüdafiəçi Enso Fernandesə məxsus idi.

Morqan Rocers cari mövsümdə keçirdiyi iki oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью