futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Real”ın baş məşqçisi Xabi Alonso La Liqada “Selta”ya uduzduqları oyunun (0:2) idarəçiliyindən narazı qalıb.
Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, mütəxəssis matçdan sonra hakimlərlə bağlı bunları deyib:
“Hakim qərarları bizi məyus etdi. Referi rəqibin vaxtı uzatmasına, tempi aşağı salmasına icazə verirdi. Müdafiəçimiz Karrerasın qovulması da mübahisəli qərardır. İdarəçilik xoşuma gəlmədi, hakim oyunu saxlaya bilmədi”.