Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin” və “Honda” əməkdaşlığının gələcəyinə nikbin yanaşır.
İdman.Biz “RacingNews”a istinadən xəbər verir ki, ispaniyalı pilot “Honda”nın Yaponiya bazasındakı infrastrukturu, heyəti və idarəetmə sistemi barədə yüksək fikirdə olduğunu deyib. Alonso bildirib ki, əvvəlki layihədə çalışan bir çox mütəxəssis yenidən komandaya cəlb olunub və buna görə də “Honda”ya 100 faiz güvənir.
45 yaşlı sürücü etiraf edib ki, yeni texniki reqlament dövrünə istənilən səviyyədə başlamaq mümkün olmayıb. Buna baxmayaraq, Alonso hesab edir ki, “Honda” əvvəlki uğurlu dövründə olduğu kimi yenidən zirvəyə qalxa bilər.
Onun sözlərinə görə, əsas məqsəd inkişaf prosesini mümkün qədər sürətləndirməkdir. Alonso komandanın əvvəlki layihələrdə olduğu kimi beş-altı il gözləmək niyyətində olmadığını, nəticəyə ən gec iki-üç il ərzində çatmaq istədiklərini vurğulayıb.
Qeyd edək ki, “Aston Martin” cari mövsümdə indiyədək cəmi üç xal toplayıb. Alonso isə gələn il “Formula-1”də qalıb-qalmayacağı ilə bağlı qərarını hələ açıqlamayıb.