Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Real”ın futbolçusu Kilian Mbappe sabiq baş məşqçiləri Xabi Alonso haqda danışıb.
Futbolpress.az xəbər verir ki, fransalı hücumçu mütəxəssislə probleminin olmadığını deyib:
“Alonso ilə problemimiz olmayıb. Onun uğursuz olduğunu demək olmaz. Mövsümün əvvəlində getdi və onun rəhbərliyi altında yalnız bir final oynadıq və uduzduq. Onun karyerası hələ irəlidədir. Fikrimcə, fantastik məşqçi olacaq”.