Alonso: İnter dünyanın ən yaxşı məşqçilərindən birinə sahibdir

10.12.2024

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Bayer" doğma meydanda "İnter"i qəbul edəcək.

Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso "İnter"lə oyundan əvvəl jurnalistlərə açıqlama verib:

“İnter” inanılmaz oyunçulara və dünyanın ən yaxşı məşqçilərindən birinə sahibdir. Onları stadionumuzda qəbul etməyi səbirsizliklə gözləyirik. Çalhanoğlu.. O, yadımdadır. "Bayer"də oynayanda on nömrə idi, amma indi onun oyunu dəyişib. Hakanın komandasının oyununa böyük təsiri var, amma “İnter”in çoxlu güclü oyunçuları var”.

Qeyd edək ki, bu gün keçiriləcək "Bayer" - "İnter" matçı saat 00:00-da start götürəcək. 

"Beşiktaş"ın ulduz futbolçusu zədələnib Ərəblər türkiyəli hakimdən imtina etdilər Messi 18 il sonra ilk dəfə ilin rəmzi komandasında yer almayıb Barış Alper Yılmaz və Viktor Osimhenin sağlamlıq durumu açıqlanıb "Bavariya" əfsanə futbolçusunun formasını əbədiləşdirib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью