Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real Madrid”in yeni məşqçisi olacağı irəli sürülən Xabi Alonso komanda barədə bəzi taktikalar irəli sürüb.
Metbuat.az xəbər verir ki, Alonso komandanı 4-2-2 və 5-3-2 sxemi oynatmaq istəyir. Bildirilir ki, Alonso hücum mövqeyində Vinisius və Mbappeyə üstünlük verəcək.
Qeyd edək ki, bundan əvvəl Rodriqonun klubdan ayrılmaq istədiyi barədə xəbərlər dərc edilmişdi. “Real”ın Vinisiusla isə yeni müqavilə üçün razılığa gəldiyi irəli sürülür. Yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. AS-da dərc edilən xəbərə görə, ulduz oyunçu illik 20 milyon avro qazanacaq.