Alonso: “Məğlubiyyətdən dərs çıxarmalıyıq”

10.07.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real”ın baş məşqçisi Xabi Alonso Klublararası Dünya Çempionatının yarımfinalında PSJ-yə uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyuna yaxşı başlamadıq və bu, matça təsir etdi. PSJ-nin oturuşmuş heyəti var və biz isə yeni başlayırıq. Nəticə nə qədər iş görməli olduğumuzdan xəbər verir. Əlbəttə, nəticə məyusedicidir. Erkən qollar üzərimizdə böyük təzyiq yaratdı. Tarazlığımızı itirdik və kifayət qədər yaxşı oynamadı. Bugünkü məğlubiyyətdən dərs çıxarmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью