Alonso onu "Çelsi"də görmək istəmədi

07.09.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alonso onu "Çelsi"də görmək istəmədi

“Çelsi” Renato Sançeslə bağlı gözlənilməz addım atıb.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, London klubu azad agent statusunda olan portuqaliyalı yarımmüdafiəçinin transfer imkanını araşdırıb. PSJ ilə yollarını ayırdıqdan sonra klubsuz qalan 29 yaşlı futbolçunun komandaya cəlb olunması variantı nəzərdən keçirilib.

Lakin baş məşqçi Xabi Alonso bu təklifə qadağa qoyub. İspaniyalı mütəxəssis mövsümün bu mərhələsində yeni futbolçu cəlb etməkdənsə, hazırkı yarımmüdafiəçilərə güvənməyə üstünlük verib.

Bununla yanaşı, bildirilir ki, Avropanın 5 aparıcı çempionatından bir neçə klub futbolçu ilə maraqlanır.

Qeyd edək ki, “Transfermarkt” 29 yaşlı futbolçunun hazırkı bazar dəyərini 4 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью