Alonso qələbə faizinə görə ən yaxşılardandır

13.01.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real Madrid"lə ötən gün yollarını ayıran Xabi Alonso İspaniya nəhənginin tarixində qələbə faizinə görə ən yaxşı altıncı baş məşqçidir.

Fanat.Az "Opta Jose" portalına istinadən xəbər verir ki, 44 yaşlı ispan mütəxəssis Madrid təmsilçisini bütün rəsmi turnirlərdə 34 qarşılaşmaya çıxarıb və bunların 24-də qələbə qazanıb. 

"Kral klubu" onun rəhbərliyi altında 4 dəfə heç-heçə edibsə, 6 dəfə yenilgi acısı dadıb. Alonsonun qələbə faizi 70,6-dır.

Siyahıya 2009/2010 mövsümündə "Real"da işləmiş Manuel Pelleqrini (48 oyun, 75 faiz) başçılıq edir. Joze Mourinyu 71,9 faizlə (178 oyun, 2010-2013) ikinci, Radomir Antiç 71 faizlə (36 oyun, 1991/1992) üçüncüdür. 2013-2015 və 2021-2025-ci illər aralığında baş məşqçi olan Karlo Ançelotti 70,8 faizlə (353 oyun) dördüncü, Robert Fert 70,6 faizlə (45 oyun, 1932-1934) beşinci sıradadır. 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью