Alonso “Real”dan bu futbolçuların alınmasını istəyib

01.05.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Real”ın potensial baş məşqçisi Xabi Alonso bu futbolçuların alınmasını tələb edib.

İdmanxeber.az-ın məlumatına görə,  43 yaşlı mütəxəssis Leverkuzen klubunun iki futbolçusu – Conatan Tah və yarımmüdafiəçi Florian Virtsin transferini istəyib. Alonso “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendinin də alınmasında maraqlıdır.

Daha əvvəl Xabi Alonsonun “Real” ilə müqavilə imzalamağa yaxın olduğu bildirilirdi. O, mövsümün sonunda “kral klubu”nun baş məşqçisi ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью