Alonso uğurlu debütündən danışdı: “Şadam”

25.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Çelsi”nin baş məşqçisi Xabi Alonso Premyer Liqanın I turunda “Fulhem”ə qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az “Sky Sports”a istinadən xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Həqiqətən, gərgin oyun alındı. Erkən qol bizə inam qazandırdı. Bundan sonra bir neçə dəfə fərqlənmək imkanımız olsa da, dəyərləndirə bilmədik. Əvəzində rəqib hesabı bərabərləşdirdi. Buna baxmayaraq, irəli atıldıq və fasiləyə üstün yollanmağı bacardıq.

İkinci hissəni də yaxşı keçirdik. Sabit oynayır, təhlükəli epizodlar yaradırdıq. Hücum xəttindəki oyunçularımız yaxşı anlaşırdılar. Qələbəyə görə şadam”.

“Fulhem”lə görüş “Çelsi”nin Alonsonun rəhbərliyi altında ilk rəsmi matçı idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью