Alonso Vinisius haqda bunları dedi

23.08.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real"ın baş məşqçisi Xabi Alonso hücumçusu Vinisius Juniyor haqda danışıb. 

QOL.az AS nəşrinə istinadən xəbər verir ki, mütəxəssis deyib: 

“Onu yaxşı tanıyıram. Mövsüm yeni başlayıb. Biz çox yaxşı il keçirmək istəyirik və bunun üçün hər şeyimiz var.

Vinisiusa güvənirəmmi? Daha əvvəl də demişdim, klublararası dünya çempionatı xüsusi şəraitdə keçirilmişdi, buna görə də statistikanı diqqətlə dəyərləndirmək lazımdır. Mənim üçün bütün oyunçular vacibdir və hər kəsin start heyətində yer almaq şansı var”.

Qeyd edək ki, Vinisius ötən mövsüm "Real"ın heyətində 58 oyunda iştirak edib, 22 qol vurub və 19 qol ötürməsi verib. Braziliyalı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью