Alonso yayda Real a keçəcək?

21.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso ən azı daha bir mövsüm vəzifəsində qala bilər. 

QOL.az xəbər verir ki, bu barədə "Get German Football News" nəşri məlumat yayıb. 

İspaniyalı mütəxəssis növbəti mövsüm üçün heyətin formalaşdırmasına tam fokuslanıb. Bundan əlavə, 43 yaşlı məşqçi Almaniya klubunun rəhbərlərinə mövsümün sonunda getmək istəməsi ilə bağlı heç nə deməyib. 

Qeyd olunur ki, "Real" hələ də Alonso ilə maraqlanır. Lakin Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda gedəcəyi dəqiq deyil. 

Qeyd edək ki, Xabi Alonsonun "Bayer"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью