Alonsonun Arda barədə açıqlaması diqqət çəkdi

08.12.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xabi Alonso “RealMadrid”in 3-0 hesablı qələbəsi ilə yekunlaşan "Atletik Bilbao" matçında ehtiyatda qalan Arda Gülerlə bağlı danışıb.

Metbuat.az xəbər verir ki, Alonso Ardanın bacarıqlı oyunçu olduğunu ifadə edib. O bildirib ki, Arda komandanın ehtiyaclarından asılı olaraq müxtəlif mövqelərdə oynaya və bacarıqlarını nümayiş etdirə bilir. Alonso türk futbolçunun uğurlu ötürmələrindən də danışıb. Alonso Arda barədə, “Cərimə meydançasına daxil ola bilir. Ətrafındakı vəziyyətə uyğunlaşa bilir. Bu keyfiyyət komandanın taktikasına elastiklik qatır”, - deyə bildirib.

Qeyd edək ki, Arda Güler "Atletik Bilbao" matçında oyuna ikinci hissədə daxil olub. “Selta Viqo” ilə matçda isə Arda strart heyətdə yer alıb. Cud Bellighemin heyətə qayıdışından sonra Ardanın daha arxa mövqedə oynadığı diqqət çəkib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью