Icma.az, Metbuat saytına istinadən bildirir. "Liverpul"a transfer olacağı deyilən Florian Virtz Premyer Liqa nəhəngindən simvolik nömrəni is
Metbuat.az xəbər verir ki, “Bavariya” və “Mançester Siti”nin təkliflərini rədd edən Florian Virtz "Liverpul"a transfer olmağa razılıq verib.
O, Premyer Liqa nəhəngində 10 nömrəli formanı geyinmək istədiyini bildirib.
Məlumata görə, "Liverpul" Florian Virtz üçün “Bayer Leverkuzen”ə 130 milyon avro təklif edib.
“Bayer Leverkuzen” isə 150 milyon avro tələb edib. Qeyd edək ki, Florian Virtzin adı “Real Madrid”lə də hallanmışdı.
Futbolçu bu mövsüm “Bayer Leverkuzen”in heyətində 45 oyunda 16 qol 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.