Alonsonun “Real”ın “sükanı arxasına” keçəcəyi tarix bəlli oldu

12.05.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Bayer"in baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatı başlamazdan əvvəl "Real"ın "sükanı arxasına" keçəcək. Sport24.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis iyunun 1-dən "Real"ı çalışdıracaq. Onunla yanaşı, klub üç yeni futbolçu ilə güclənəcək. Trent Aleksandr-Arnold, həmçinin yeni mərkəz və sol cinah müdafiəçisi də "Kral klubu"na qoşulacaq. Yeni transferlərin hər üçü klubla birlikdə dünya çempionatına yollanacaq.

Qeyd edək ki, yeni formatda təşkil olunacaq klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью