Alonsonun yerinə Fabregas Təyinat reallaşmadı

14.05.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

"Bayer Leverkuzen" klubu "Komo"nun baş məşqçisi Sesk Fabreqası komandaya cəlb etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Məlumata görə, tərəflər bir araya gəlsə də, razılıq əldə edilməyib. İtaliya klubu Fabreqasın getməsinə razılıq verməyib. Bildirilir ki, məşqçi özü də İtaliyada qalmağa üstünlük verib.

Qeyd edək ki, "Bayer Leverkuzen"in məşqçisi Xabi Alonso mövsümün sonunda klubdan ayrılacağını bəyan etmişdi. Onun "Real Madrid"ə gedəcəyi irəli sürülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью