Alov rəngli qərənfillər... Günün şeiri

09.07.2026

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən şairin “Qərənfillər” şeirini təqdim edir.

Yuxuda çiçəklər görürəm hər gecə,
Öpürəm onları gizlicə…
Hər yanım çiçək,
Yastığım, yorğanım çiçək…
Çiçəklər əlvan-əlvan,
Çəmən-çəmən,
Bu çiçəklər aləmində
Xumarlanıb yatıram mən,
Yuxuda çiçəklər görürəm.
Qərənfili seçir könlüm
Çiçəklər arasından.
Elə bil iki damla qan sızır
ürəyimin yarasından.
Bu alov rəngli qərənfilləri
Yar vermişdi ayrılıq dəmi.
Elə bil çökmüşdü
Onların üstünə dünyanın qəmi…
Yuxuda qərənfillərimi görürəm,
Yığıb solan çiçəklərimi,
Ümid çələngi hörürəm.

Topqapı Sarayı dünyanın ən baha girişi olan turistik məkanlar siyahısında “Stalin – İzm” tamaşasına ictimai baxış oldu Tarantinonun yeni filmi - Bu dəfə aktyor kimi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью