Alpa ASC nin xalis mənfəəti ötən il 4,4 dəfə azalıb

29.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanda ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən "Alpa" ASC 2025-ci ili 4,627 min manat xalis mənfəətlə başa vurub. XQ-nin səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 4,4 dəfə azdır.

Ötən il şirkətin vergiyəqədərki mənfəəti 5,784 min manat (illik müqayisədə 4,4 dəfə az), mənfəət vergisi ödəmələri isə 1 min manat (5 dəfə az) təşkil edib.

Bununla yanaşı, 2026-cı il yanvarın 1-nə "Alpa"nın aktivləri illik müqayisədə 7 dəfə artaraq 822 min manata çatıb. Hesabat dövründə cəmiyyətin öhdəlikləri 36,1 dəfə artaraq 613 min manat, balans kapitalı 2,1 dəfə artaraq 210 min manat, nizamnamə kapitalı isə 41 dəfə artaraq 205 min manat olub.

Xatırladaq ki, 2019-cu ildə dövlət qeydiyyatına alınan "Alpa" ASC-nin səhmlərinin 100 %-i Sima İsmayılovaya məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью