Alper Gezeravcı: Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir

24.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir".

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin ilk astronavtı Alper Gezeravcı "Azərkosmos"un Kosmik Akademiyasında keçirilən görüşdə deyib.

O bildirib ki, kosmosla bağlı hədəflərə çatmaq, planları müəyyənləşdirilən tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlanılıb:

"Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək. Layihənin həyata keçirilməsi üçün çox böyük yol qət edilib. Hazırda 8 kosmik liman var ki, bunun da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkanı və peyk hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır. Təbii ki, işə fərqli müdaxilələr olmazsa".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью