Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
NBA-da müntəzəm mövsümün növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Hyuston Rokets” doğma meydanda “Boston Seltiks”i 109:93 hesabı ilə məğlub edib.
Meydan sahiblərinin heyətində Alperen Şengün möhtəşəm çıxışı ilə diqqət çəkib. Türkiyəli basketbolçu 26 xal, 7 ribaund, 10 məhsuldar ötürmə, 2 topalma və 2 blokla yadda qalıb. O, oyundan etdiyi 15 atışın 12-sini dəqiq yerinə yetirib.
“Hyuston”un heyətində Cabari Smit və Amen Tompson hərəyə 14 xal toplayıblar. “Boston”da isə Ceyson Teytum 19 xalla komandasının ən məhsuldar basketbolçusu olub.
Günün digər qarşılaşmalarında “Qolden Steyt Uorriors” “Finiks Sans”ı 116:113, “Toronto Reptors” səfərdə “Los-Anceles Klippers”i 125:118, “Los-Anceles Leykers” isə “Mayami Hit”i 138:117 hesabı ilə məğlub edib.
Günün digər nəticələri:
“Klivlend Kavaliers” – “Oklahoma Siti Tander” – 112:117
“Filadelfiya Siksers” – “Çikaqo Bulls” – 126:107
“Şarlott Hornets” – “Detroyt Pistons” – 91:124
“Orlando Mecik” – “Vaşinqton Uizards” – 94:103
“Nyu-York Niks” – “Bruklin Nets” – 103:90
“İndiana Peysers” – “Atlanta Houks” – 104:108
“Memfis Qrizzlis” – “Nyu-Orlean Pelikans” – 134:135 (əlavə vaxtda)
“Minnesota Timbervulvz” – “Milvoki Baks” – 112:100
“Dallas Maveriks” – “Sakramento Kinqs” – 100:115
“San-Antonio Spörs” – “Yuta Cazz” – 119:97
“Hyuston Rokets” – “Boston Seltiks” – 109:93
“Denver Naqqets” – “Portlend Treyl Bleyzers” – 110:118
“Qolden Steyt Uorriors” – “Finiks Sans” – 116:113
“Los-Anceles Klippers” – “Toronto Reptors” – 118:125
“Los-Anceles Leykers” – “Mayami Hit” – 138:117
Avroliqa: “Fənərbaxça Tarfin” Madriddən əliboş qayıdır “Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb Nikola Yokiç NBA tarixində ikinci oldu – Gecənin nəticələri “Neftçi” Rumıniya klubu ilə bacarmadı Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri