Alperen Şengün NBA tarixinə düşüb

04.12.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) “Hyuston Rokets”in formasını geyinən türkiyəli basketbolçu Alperen Şengün çempionatın tarixinə düşüb.

Apasport.az xəbər verir ki, o, NBA-da ən gənc oyunçular arasında 5000+ xal, 2500+ ribaund və 1000+ məhsuldar ötürməyə çatan üçüncü basketbolçu olub.

23 yaşlı oyunçu bunu “Sakramento Kinqs”ə (121:95) qalib gəldikləri oyunda bacarıb. Türkiyə millisinin üzvü həmin qarşılaşmada 28 xal, 10 ribaund və 3 assistlə yadda qalıb.

Bu uğura daha əvvəl Lebron Ceyms və Yannis Adetokunbo imza atıb.

Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm" Millimiz Lüksemburqa məğlub olub Millimiz Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq Naxçıvan təmsilçisindən növbəti transfer Litvalı basketbolçudan möhtəşəm geridönüş: 10 saniyədə 9 xal - VİDEO
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью