Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə NBA da günün nəticələri

24.11.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Şimali Amerika Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin üzvü Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Los-Anceles Klippers”i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 116:104 hesablı qələbəsi ilə başa çatıb.

Alperen Şengün komandasının qələbəsinə 20 xal, 8 ribaund və 7 məhsuldar ötürmə ilə töhfə verib. Türkiyəli basketbolçu, həmçinin 2 blok-şotla yadda qalıb.

“Hyuston”un ən məhsuldar oyunçusu 32 xal toplayan Kevin Durant olub. Amen Tompson isə Şengün kimi 20 xal qazanıb.

Günün digər qarşılaşmalarında “Minnesota Timbervulvz” “Bruklin Nets”i 142:116, “Los-Anceles Leykers” isə “Yuta Cazz”ı 109:94 hesabı ilə məğlub edib.

NBA-da günün nəticələri:

“Hyuston Rokets” – “Los-Anceles Klippers” – 116:104

“Filadelfiya” – “Portlend Treyl Bleyzers” – 111:128

“Şarlott Hornets” – “Memfis Qrizzlis” – 111:117

“Minnesota Timbervulvz” – “Bruklin Nets” – 142:116

“İndiana Peysers” – “Oklahoma Siti Tander” – 125:120

“Toronto Reptors” – “Miluoki Baks” – 111:116

“Çikaqo Bulls” – “Klivlend Kavaliers” – 122:108

“Yeni Orlean Pelikans” – “Finiks Sans” – 119:123

“Los-Anceles Leykers” – “Yuta Cazz” – 109:94

“Sacramento Kinqs” – “San-Antonio Spörs” – 107:123

Murad Dikmen: “Komanda olaraq çox yaxşı çıxış etdik” "Neftçi" Latviya səfərindən məğlub qayıdır - YENİLƏNİB “LANDAU Lions” məğlub olub ABŞ-li basketbolçu "Gəncə"də - RƏSMİ Millimiz İslandiyaya məğlub olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью