“Alphabet” milyardlar qazandı

23.07.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Google”un ana şirkəti “Alphabet” bu ilin ikinci rübündə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 24% artaraq 119,8 milyard dollara çatdığını açıqlayıb.

“Bakupost” xəbər verir ki, şirkətin “Google Cloud” bölməsinin gəliri süni intellekt infrastrukturuna artan tələbat hesabına 82% yüksələrək 24,8 milyard dollar olub.

Buna baxmayaraq, bazardan əvvəlki ticarətdə “Alphabet”in səhmləri dəyər itirib. Buna səbəb investorların şirkətin bu il kapital xərclərini 195-205 milyard dollara qədər artırmaq planı ilə bağlı narahatlığı olub.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью