Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan üç azərbaycanlı alpinistin itkin düşməsindən yeddi il ötür.
İdman.biz xəbər verir ki, Gencexeber.az 2017-ci ilin dekabrında baş vermiş həmin hadisəni xatırladıb.
“Gilavar” İdman Klubunun üzvləri – əslən Masallı rayonunun Şərəfə kəndindən olan Fəridə Cəbrayılzadə, polis leytenantı, əslən Astaranın Giləkəran kəndindən olan Babur Hüseynov və Şəmkir rayonundan olan Namin Bünyatzadə ilə sonuncu əlaqə 24 dekabr 2017-ci il axşam saatlarında saxlanılıb.
Axtarışları Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və FAİREX-in (Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası) üzvlərindən ibarət komanda həyata keçirib.
2018-ci ilin yanvar ayında axtarışlara Avstriya və Türkiyədən də mütəxəssislər cəlb olunublar.
Axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri yalnız 2018-ci il mayın 16-da saat 18:00 radələrində müəyyən edilib və ilkin olaraq bir kişi meyiti aşkar edilib.
Həmin gün 19:00 radələrində isə daha iki meyit (kişi və qadın) müəyyən olunub.