Alsu tatar kökləri ilə fəxr etdiyini bildirib…

29.09.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

O, Rusiya Müsəlmanları Ruhani Məclisinin ildönümündə müsəlman üslubunda görünüşü ilə pərəstişkarlarını heyran edib

...Müğənni Alsu Rusiya Müsəlmanlarının Ruhani Məclisinin 10 illiyinə həsr olunmuş "İmanın gücü millətlərin birliyindədir" adlı qala gecəsində iştirak etdikdən sonra təəssüratlarını sosial mediada paylaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, tədbir üçün sənətçi ağ müsəlman üslubunda libas seçib və bu, tamaşaçılarda coşğuya səbəb olub.

…Və pərəstişkarları "MaşaAllah", "Möhtəşəm" və "Necə belə qüsursuz şık bir qadın ola bilərsiniz" şərhlərini yazıblar.

Alsu da öz növbəsində tatar kökləri ilə fəxr etdiyini etiraf edib.

…Mən həmişə köklərim haqqında qürurla danışıram və inanıram ki, musiqi millətindən və dinindən asılı olmayaraq insanları birləşdirmək gücünə malikdir, - deyə müğənni vurğulayıb.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью