Alsunun Bakı ilə bağlı paylaşımı erməniləri qəzəbləndirdi

22.01.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Məşhur tatar müğənni Alsu Bakıda verəcəyi konsertlə bağlı paylaşım edib.

Kult.az Milli.az-a istinadla xəbər verir ki, 14 fevralda Azərbaycanda sevənlərinin qarşısına çıxacağını bildirən sənətçiyə ermənilərdən reaksiya gecikməyib.

Onlar müğənninin Bakıda konsert verməsini düzgün hesab etmədiklərini yazıblar. Həmçinin "məsum" ermənilərin həbsdə olması kimi absurd şərhlər veriblər. Alsu isə yazılan rəylərə reaksiya verməyib.

Qeyd edək ki, müğənni Bakı Konqress Mərkəzində "sevgililər günü"ndə səhnəyə çıxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью